Tramp Ağ Evi PUA-lar haqqında məlumatları gizlətməkdə ittiham edib

Dekabrın 13-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evi ştatlar üzərində pilotsuz uçuş aparatları ilə bağlı məlumatları gizlətməkdə ittiham edib və onların vurulmasına çağırıb.
“Ölkənin hər yerində sirli dronlar peyda olur. Bu, doğrudanmı hökumətimizin xəbəri olmadan baş verir? Mən belə düşünmürəm! İctimaiyyətə bildirin və dərhal. Əks halda, onları vurun”, – bu barədə respublikaçı özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
Bundan əvvəl Amerika administrasiyası bir həftədir Nyu Cersi səmasında peyda olan dronları müəyyən edə bilmədiklərini bildirmişdi.