"Qalatasaray"ın pley-offdakı rəqibi bəlli oldu
UEFA Avropa Liqasının 1/16 pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
1/16 pley-off mərhələsində Türkiyənin “Qalatasaray” klubunun rəqibi Hollandiyanın “AZ Alkmaar” klubu olub.
Sarı-qırmızılar bu mərhələni keçsələr, Avropa Liqasının 1/8 mərhələsində "Mançester Yunayted" və ya "Tottenhem"lə qarşılaşacaq.
Pley-off mərhələsinin oyunları fevralın 13-ü və fevralın 20-də keçiriləcək.
Türkiyənin digər təmsilçisi “Fənərbaxça” isə “Anderlext”lə üz-üzə gələcək.