KİV: Fransa Çaddan qoşunların çıxarılmasını başa çatdırdı
Fransa Ndjamenadakı Adji Kossei hərbi bazasını rəsmi olaraq Çad Silahlı Qüvvələrinə təhvil verib və bununla da kontingentinin ölkədən çıxarılmasını başa çatdırıb.
AFN.az xəbər verir ki, məlumatı "Tchadinfos" portalı yayıb.
Bundan əvvəl fransız əsgərləri Faya-Larqeau və Abeçedəki bazalarını tərk etmişdilər.
29 noyabr 2024-cü ildə Çad Fransa ilə müdafiə müqaviləsini ləğv etdiyini elan edib və dekabrın 20-də bütün qoşunların 31 yanvar 2025-ci ilə qədər ölkədən çıxarılmasını tələb edib.