Yunanıstan parlamenti seçkilərin ikinci turunda da prezidenti seçə bilməyib
Yunanıstan parlamentində prezident seçkilərinin ikinci turu namizədlərdən heç biri kifayət qədər səs toplaya bilmədiyi üçün üçüncü tura keçib.
Yunanıstan parlamenti səlahiyyət müddəti martda başa çatacaq prezident Katerina Sakelaropolunu kimin əvəzləyəcəyini müəyyən etmək üçün ikinci seçki keçirib.
Hakim Yeni Demokratiya partiyasının namizədi Kostantinos Tasulas, ana müxalifət partiyası Panhellenik Sosialist Hərəkatının (PASOK) namizədi Tasos Yaniçis, Radikal Sol Alyansın (SYRIZA) namizədi Luka Kaçeli və Qələbə Partiyasının namizədi Kostas Kiryaku seçkiyə qatılıb.
300 yerlik parlamentdə 297 deputat səs verib.
Tasulas 160 səslə birinci olduğu halda, Kaçeli 40, Yaniçis 34 və Kiryaku isə 14 səs alıb. Bitərəf səs verənlərin sayı 52 olub.
Heç bir namizəd prezident olmaq üçün 200 səs toplamadıqdan sonra seçki üçüncü tura keçdi.
Konstitusiyaya uyğun olaraq üçüncü turun fevralın 6-da keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Yunanıstan Konstitusiyasına görə, ikinci turda prezident seçkiləri üçün yetərsay 200 olmasa, parlament üçüncü dəfə seçkiyə gedəcək. Seçkilərin üçüncü turunda lazımi səs sayı 180-ə enir.