Fransada qayalar yola düşdü - 1000-dən çox insan tıxacda qaldı


Fransanın cənub-şərqində Savoya vilayətində magistral yola qayaların düşməsi nəticəsində 1000-dən çox insan tıxacda qalıb.



Yerli KİV-in məlumatına görə, dünən ölkənin Savoya vilayətindəki istirahət mərkəzlərinə çıxışı təmin edən RN90 magistralına üç böyük qaya düşüb.

Avtomobil sürücüsünün yüngül şəkildə yaralandığı hadisədə yol hərəkəti dayanıb və kilometrlərlə avtomobil növbəsi yaranıb.

Hadisə ilə əlaqədar 1000-dən çox insan yaxınlıqdakı şəhərlərdəki qaçqın mərkəzlərində gecələmək məcburiyyətində qalıb.

Magistral yolun zədələnmiş hissələrində təmir işlərinin davam etdiyi və nəqliyyatın normal vəziyyətə düşməsinin bir neçə gün çəkəcəyi açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu