Qlobal istiləşmə şəhərlərdə siçovulların sayını artırır
Qlobal temperatur yüksəldikcə şəhərlərdə siçovulların sayı sürətlə artır. “Science Advances” jurnalında dərc edilən araşdırmaya görə, Vaşinqton, San Fransisko, Toronto, Nyu York və Amsterdam da daxil olmaqla 16 şəhər araşdırılıb və 11 şəhərdə siçovulların sayında əhəmiyyətli artımlar müşahidə edilib.
Araşdırmaya görə, son 10 ildə siçovulların sayı Vaşinqtonda 390 faiz, San-Fransiskoda 300 faiz, Torontoda 186 faiz və Nyu Yorkda 162 faiz artıb. Tədqiqat şəhərlərdə siçovulların invaziyasına dair hesabatları təhlil edib.
Toronto ən çox zərər çəkmiş şəhərlərdən biridir. Kanadanın ən böyük şəhərində siçovulların sayı artdıqca, mütəxəssislər şəhərin infrastruktur vəziyyətinin daha da pisləşdirdiyini deyirlər.
2023-cü ildə Torontonun qaynar xəttinə 1600 siçovul xəbəri daxil olub.
Toronto şəhər məclis üzvləri böhranla mübarizə üçün siçovulların idarə olunması planına çağırıblar.
Tədqiqatçılar qeyd ediblər ki, temperatur yüksəldikcə siçovullar daha uzun müddət çoxalmağa qadir olub və onlar üçün qida tapmaq asanlaşıb. Torontonun soyuq qışları uzun müddət təbii zərərvericilərə qarşı mübarizə rolunu oynasa da, daha mülayim iqlim siçovullara öz populyasiyalarını saxlamağa kömək edib.
Qeyd edək ki, siçovullar hər il milyardlarla dollar zərər vurur, insanlara 60-dan çox xəstəlik ötürə bilər və ekosistemdə böyük balanssızlıqlar yarada bilər.
Tədqiqatçılar deyirlər ki, siçovulları birbaşa məhv etmək əvəzinə, şəhərlərdə zibil və qida mənbələrinə nəzarət etmək daha effektiv olar.
Bəzi şəhərlər isə bu tendensiyadan kənarda qalıb. Tokio, Yeni Orlean və Luisvildə siçovulların sayı azalıb.
Tokioda siçovul populyasiyasının nəzarətdə saxlanılmasında təmizlik mədəniyyətinin mühüm rol oynadığı bildirilərkən, ictimaiyyətin məlumatlandırılması ilə Yeni Orleanda da eyni halın müşahidə edildiyi qeyd edilib.