Argentina da ÜST-dən çıxır
![](/uploads/posts/2025-02/ust.jpg)
Argentina Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tərk edəcək.
AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin sözçüsü Manuel Adorni bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların BMT-nin qlobal səhiyyə təşkilatından çıxarılması barədə sərəncam imzalayıb. Argentina prezidenti Xavyer Maylinin yaxın müttəfiqi hesab edilən Tramp yanvarın 20-də vəzifəyə başladığı ilk gündə təşkilatı tərk etmək qərarını açıqlayıb.
Adorni isə təşkilatın digər dövlətlərin siyasi təsirindən müstəqil olmamasını iddia edib.