FTB 2022-ci ildə reyd zamanı ələ keçirilən məxfi sənədləri Trampa qaytaracaq
ABŞ prezidenti Donald Trampın 2022-ci ildə Floridadakı Mar-a-Laqo malikanəsində FTB-nin apardığı axtarış zamanı götürülən məxfi sənədlər onun özünə qaytarılacaq.
AFN.az-ın xəbərinə görə, məlumatı CNN yayıb.
Donald Tramp məxfi sənədləri, eləcə də qarderob əşyaları, hədiyyələr, təbrik kartları, qəzet qırıntıları və kanadalı müğənni Selin Dionun şəkilləri kimi digər əşyaları geri alacaq. Trampın məxfi sənədlərlə düzgün rəftar etməməsini araşdıran prokurorlar və FTB agentlərinə artıq prezidentdən ələ keçirilən əşyaları geri qaytarmaq əmri verilib.
2022-ci ilin avqustunda Mar-a-Laqoda aparılan axtarış zamanı Federal Təhqiqat Bürosunun agentləri 27-si ofisdə, 75-i isə saxlama otağında olmaqla ümumilikdə 102 sənəd ələ keçirib. Onlardan 17-si “tam məxfi” qeyd olunub.