Panama Çinin “Kəmər və yol” təşəbbüsündən çıxacağını elan edib


Panama prezidenti Xose Raul Mulino ölkəsinin Çinin “Kəmər və yol” təşəbbüsündən çıxacağını açıqlayıb.



Həftəlik mətbuat konfransında çıxış edən Mulino bildirib ki, Panamanın Pekindəki səfiri müqavilədə nəzərdə tutulduğu kimi ləğv barədə 90 gün əvvəl xəbərdar etmək üçün müvafiq sənədi Çinə təqdim edib.

Qərarın tamamilə ona aid olduğunu vurğulayan Mulino "O dövrdə Çinlə bu müqaviləni imzalayanların belə bir addım atmaq üçün nəyə ümid etdiyini bilmirəm. "Kəmər və Yol" təşəbbüsü ölkəyə nə gətirdi?" ifadələrdən istifadə edib.

Tərəflər arasında anlaşma məktubuna əsasən, müqavilə hər üç ildən bir avtomatik olaraq yenilənir. Növbəti yeniləmə 2026-cı ilə planlaşdırılırdı, lakin hər iki tərəf üç aylıq xəbərdarlıqla müqaviləni ləğv edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu