Tramp Qəzzanı götürmək yenidən qurmaq ideyasını yenə gündəmə gətirib
Birləşmiş Ştatlar Qəzza sektorunu satın ala, nəzarəti ələ keçirə və sonra ərəb ölkələrinin köməyi ilə yenidən qura bilərdi.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz təyyarəsində jurnalistlərlə söhbəti zamanı bir daha bəyan edib. Onun sözlərindən "Associated Press" sitat gətirib: "Mən Qəzzanı almağa və ona sahib olmağa qərarlıyam. Onu yenidən qurmağa gəldikdə, biz Yaxın Şərqdəki digər ölkələrə onun hissələrini yenidən qurmaq imkanı verə bilərik. Başqa insanlar bunu bizim himayəmiz altında edə bilər".
Prezident vurğulayıb ki, Birləşmiş Ştatlar Qəzzanı nəzarət götürməli və radikal HƏMAS hərəkatının ora qayıtmamasını təmin etməlidir. Tramp anklavı dağıdıcı topa bənzədib, onun sakinlərinin gedəcək yeri olmayacağını deyib. Dövlət başçısı yüz minlərlə fələstinlinin Qəzzadan zorla köçürülməsi ideyasını irəli sürüb. Onun fikrincə, ərəb ölkələri onları ABŞ-la danışıqlardan sonra qəbul edib yerləşdirəcək. Tramp əmindir ki, fələstinlilərin seçim imkanı olsa, Qəzzanı tərk edəcəklər.