Tramp: ABŞ-ın Qrenlandiya üzərində nəzarətə ehtiyacı var


Vaşinqton Qrenlandiyaya nəzarət etməlidir.


AFN.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib. O, Birləşmiş Ştatların Danimarkadakı səfiri vəzifəsinə Ken Hoyerin namizədliyini irəli sürdüyünü bəyan edib. "Bütün dünyada milli təhlükəsizlik və azadlıq maraqları baxımından Birləşmiş Ştatlar hesab edir ki, Qrenlandiyanın mülkiyyəti və nəzarəti tamamilə zəruridir. Ken ABŞ-ın maraqlarını əla təmsil edəcək" - deyə Tramp “Truth” sosial şəbəkəsində yazıb.

Trampın ilk prezidentliyi dövründə Amerika mediası onun Danimarkanın tərkibində olan və geniş muxtariyyət hüquqlarına malik olan Qrenlandiyanın əldə edilməsi imkanları ilə maraqlandığını yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu