Tramp biznesmen Stivensi ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsinə irəli sürüb
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Stephens Inc” investisiya şirkətinin rəhbəri Uorren Stivesi Birləşmiş Ştatların Böyük Britaniyadakı səfiri vəzifəsinə namizəd göstərəcəyini bildirib.
AFN.az-ın xəbərinə görə, o, bu barədə özünün “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Ölkənin ən uğurlu iş adamlarından biri olan Uorren Stivensin ABŞ-ın Müqəddəs Ceyms Məhkəməsində səfiri vəzifəsinə namizədliyini irəli sürdüyünü bildirməkdən məmnunluq duyuram. 67 yaşlı Stivens Vaşinqtonu Amerikanın ən dəyərli müttəfiqlərindən biri olan ölkədə təmsil edəcək“ - deyə Tramp qeyd edib.
Qeyd edək ki, ABŞ qanunlarına görə, diplomatik nümayəndəliklərin rəhbərləri vəzifələrinə prezidentin təklif etdiyi namizədlər əvvəlcə Senat tərəfindən təsdiqlənməlidir.