Tramp ABŞ-ın Meksikadakı keçmiş səfirinə yüksək vəzifə verir
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 2019-2021-ci illərdə ABŞ-ın Meksikadakı səfiri vəzifəsində çalışmış Kristofer Landaunun dövlət katibinin birinci müavini vəzifəsinə namizədliyini irəli sürəcəyini bildirib.
“Dövlət katibinin birinci müavini vəzifəsinə Kristofer Landaunun namizədliyini irəli sürməkdən məmnunam”, - deyə o, "Truth" sosial şəbəkəsində yazıb.
Tramp qeyd edib ki, 61 yaşlı Landau Birləşmiş Ştatların Meksikadakı səfiri kimi qeyri-qanuni immiqrasiyanı tarixin ən aşağı səviyyələrinə endirmək üçün yorulmadan çalışıb.
Rəsmi namizədlikdən sonra Landaunun namizədliyi ABŞ Konqresinin Senatı tərəfindən təsdiqlənməlidir.