İranın müdafiə naziri: ABŞ-ın yeni hakimiyyət orqanları ilə danışıqlar mümkünsüzdür
![](/uploads/posts/2025-02/eziz-nesirzade.jpg)
Vaşinqton əvvəlki razılaşmaları heç vaxt yerinə yetirmədiyi üçün yeni prezident Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası ilə danışıqlar aparmaq mümkün deyil.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Əziz Nəsirzadə bildirib.
“Amerikalılar boş şeylər danışırlar. Biz sanksiyalar və təhdidlər altında danışıqlar aparmırıq. Və ABŞ-ın indiki hökuməti ilə danışıqlar aparmaq mümkün deyil" - deyə İslam İnqilabının qələbəsinin 46-cı ildönümünə həsr olunmuş nümayiş zamanı ISNA agentliyinə verdiyi açıqlamada Əziz Nəsirzadə qeyd edib.