Davudoğlu Qəzzanı Türkiyəyə birləşdirməyi təklif edir
![](/uploads/posts/2025-02/davudoglu.jpg)
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Qəzza ilə bağlı verdiyi maraqlı açıqlaması ilə gündəmə gəlib.
AFN.az xəbər verir ki, yerli mediaya verdiyi açıqamada Davudoğlu ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı açıqlamalarını tənqid edib. Fələstinlilərin son qanuni dövlətinin Osmanlı dövləti olduğunu vurğulayan sabiq nazir Qəzzanın Türkiyəyə birləşdirilməsini təklif edib.
"Fələstin dövləti yaradılmadan əvvəl Qəzza zolağında referendum keçirilsini və muxtar hissə kimi Türkiyəyə birləşdirilsin" - deyə o qeyd edib.