Əhməd Davudoğludan Türkiyə-Ermənistan münasibətləri ilə bağlı maraqlı açıqlama
![](/uploads/posts/2022-12/1670849351_ahmet-davutoglu-e1462452716561.jpg)
Türkiyənin keçmiş baş naziri, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu Ermənistanla münasibətlərin normallaşdırılması məsələsinə toxunub.
AFN.az-ın məlumatına görə, Ə.Davudoğlu Türkiyənin “YeniCag” qəzetinə açılamasında bildirib ki, indi Ermənistanla münasibətləri normallaşdırmaq üçün doğru zamandır.
“Azərbaycan Türkiyənin dəstəyi ilə öz torpaqlarının əhəmiyyətli bir hissəsini Ermənistandan ala bildi. Ermənistanın siyasi və iqtisadi problemləri var. Türkiyənin Ermənistandan istədiyini alması üçün əlverişli zamandır”, - deyə Davudoğlu bildirib.
M.Vahidli