Ukrayna keçmiş prezident Poroşenkonu həbs etməyə hazırlaşır
![](/uploads/posts/2025-02/poroenko.jpg)
Ukrayna hüquq-mühafizə orqanları ölkənin keçmiş prezidenti Pyotr Poroşenkonu dövlətə xəyanət ittihamı ilə həbs etməyə hazırlaşırlar.
AFN.az xəbər verir ki, məlumatı UNİAN agentliyi yayıb. Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bu məqsədlə Poroşenkonun mənzilinin yaxınlığında növbə qoyub.
Poroşenko bir gün əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ona qarşı sanksiyalar tətbiq etdiyini bildirib. O, eyni zamanda Dövlət İstintaq Bürosuna bir dəfəyə 15 çağırış vərəqəsi verildiyindən və bununla da fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirakına qadağa qoyulmasından şikayətlənib.