Poroşenko dövlət mükafatlarından məhrum edilib
![](/uploads/posts/2025-02/poroenko2.jpg)
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Vladimir Zelenskinin fərmanına əsasən, dövlət mükafatlarından məhrum edilib.
AFN.az xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb. Bildirilir ki, siyasətçiyə qarşı daimi sanksiyalara əsasən sabiq prezidentin aktivləri də bloklanıb.
Zelenskinin saytında dərc olunan sənədə əsasən, Poroşenkoya qarşı ümumilikdə 17 məhdudlaşdırıcı tədbir tətbiq edilib. Bunlara torpaq sahələrinin alınmasına qadağa qoyulması, ticarət əməliyyatlarının məhdudlaşdırılması, elektron rabitə xidmətlərinin göstərilməsinin tam dayandırılması və digər tədbirlər daxildir.