“İçərişəhər” Qoruğuna sədr təyin olundu - SƏRƏNCAM
![](/uploads/posts/2025-02/rufet-mahmud.png)
Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.
AFN.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, ötən il Şahin Seyidzadə Prezidentin Sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. O, sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.
Rüfət Mahmud bu təyinatadək SOCAR-ın Rusiyada törəmə müəssisəsi olan “Socar Rus” MMC-nin rəhbəri olub.
O, 2019-2022-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) direktorlar şurasının sədri vəzifələrində çalışıb. Həmçinin Dünya Bankı və İqtisadiyyat Nazirliyində bir sıra vəzifələrdə işləyib.