ABŞ əhalisi dünyanın ən xəstə əhalisidir

ABŞ-ın yeni səhiyyə və insan xidmətləri naziriRobert Kennedi Amerika əhalisinin dünyanın ən xəstə əhalisi olduğunu deyib.
AFN.az xəbər verir ki, o bu barədə "Fox News"un efirində danışıb: "Biz dünyadakı dərmanların 70%-ni alırıq. Biz səhiyyəyə digər ölkələrlə müqayisədə iki-üç dəfə çox pul xərcləyirik, lakin bizdə ən pis göstəricilər var. Biz dünyada ən xəstə əhaliyə sahibik".
Kiçik Kennedinin fikrincə, yalnız ABŞ Səhiyyə Nazirliyinin siyasətində köklü dəyişiklik vəziyyəti düzəldə bilər: "Bizim "mən pozucu olacağam, daha qida və əczaçılıq sənayesinin səhiyyə siyasətini diktə etməsinə icazə verməyəcəyəm" deyə bilən birinə ehtiyacımız var".