HƏMAS atəşkəs razılaşmasının bir hissəsi olaraq sabah üç girovu azad edəcək


HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə fevralın 15-də keçiriləcək məhbus mübadiləsinin altıncı turunda azad ediləcək üç israilli məhbusun Aleksandr Saşa Troufanov, Sagui Dekel-Çen və Yair Horn olduğunu açıqlayıb.

Əsirlərdən Çenin ABŞ-İsrail, Troufanov isə Rusiya-İsrail ikili vətəndaşı olduğu bildirilib.

Digər tərəfdən, İsrail Baş Nazirliyi Mətbuat İdarəsindən verilən açıqlamada HƏMAS-ın sabah sərbəst buraxması gözlənilən 3 məhbusun adının vasitəçilər Qətər və Misir vasitəsilə Təl-Əviv rəhbərliyinə çatdırıldığı bildirilib.

Siyahının qəbul edildiyi bildirilən açıqlamada azadlığa buraxılması gözlənilən 3 israilli məhbusun ailələrinə məlumat verildiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu