"TikTok" ABŞ-da "Google Play Store" və "App Store"a geri qayıdıb


"TikTok" qısa müddətə bloklandıqdan sonra ABŞ-da "Google Play Store" və "App Store"a geri qayıtdığını açıqlayıb.



NBC News-un məlumatına görə, "Google" və "Apple" rəsmiləri "TikTok" tətbiqinin platformalarından endirilməsi ilə bağlı açıqlama veriblər.

Açıqlamada bildirilib ki, yanvarın 19-da ölkədə qısa müddətə tətbiq edilən giriş qadağası səbəbindən ABŞ-da "Google Play Store" və "App Store"dan silinən "TikTok" tətbiqi yenidən bu platformalara qayıdıb.

Müvafiq olaraq, ABŞ-da telefonlarında "TikTok" proqramı olmayanlar proqramı bu platformalardan endirə biləcəklər.

Giriş qadağasının aradan qaldırılması ilə artıq tətbiqi telefonlarında olanlar "TikTok"dan istifadə etməyə davam edə biliblər. Lakin yanvarın 19-dan ABŞ-da istifadəçilər bu proqramları "Google Play Store" və "App Store"dan endirə bilmirdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu