Niyoz adasında da fövqəladə vəziyyət elan edilib


Egey dənizində son həftələrdə intensivləşən seysmik aktivliyə görə Yunanıstanın Niyoz adasında fövqəladə vəziyyət elan edildiyi bildirilib.


Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Niyoz adası Yunanıstan Mülki Müdafiə Baş katibi Vasilis Papayeorgiunun qərarı ilə fövqəladə vəziyyət elan edilən adalara qoşulub.

Adada fövqəladə vəziyyət martın 14-dək davam edəcək.

Qeyd edək ki, Yamurgi və Anafiya adalarında bu həftə, Santorini adasında isə ötən həftə fövqəladə vəziyyət elan edilib.

Egey dənizində son həftələrdə güclənən seysmik aktivliyə görə Santorini, Yamurgi, Niyoz və Anafiya adalarında təhsil fevralın 17-dək dayandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu