G7 xarici işlər nazirləri yeni anti-Rusiya sanksiyaları ilə bağlı bəyanat veriblər

G7 xarici işlər nazirləri yeni anti-Rusiya sanksiyalarının tətbiqi ilə bağlı kommünike qəbul edib və onları Ukraynada sülhün əldə edilməsi səyləri ilə əlaqələndiriblər.
Bu barədə G7 ölkələrin XİN rəhbərlərinin bəyanatında deyilir.
“Fevraldan sonra hər hansı yeni əlavə sanksiyalar Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəni nəhayət başa çatdırmaq üçün həqiqi, vicdanlı səylər göstərib-götürməməsi ilə əlaqələndirilməlidir”, - bəyanatda deyilir.
Həmçinin bildirilir ki, G7 ölkələrinin yeni sanksiyalar tətbiq etməkdən imtina etməsi üçün şərt Moskvanın Ukraynaya suveren, müstəqil dövlət kimi uzunmüddətli təhlükəsizlik və sabitlik təmin etməsi olacaq.