İlyas İsmayılov dəfn edildi - FOTO

Azərbaycanın sabiq Baş prokuroru, ədliyyə naziri, Ədalət Partiyasının sədri İlyas İsmayılov dəfn olunub.
APA xəbər verir ki, o, Nardaran qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, o cümlədən, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, ötən gün vəfat edən İlyas İsmayılov bir müddət əvvəl Mərkəzi Kliniki Xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun ölüm səbəbi multiorqan çatışmazlığı olub.
Xatırladaq ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.