Hindistanda bir mənzildə təxminən 300 sahibsiz pişiyin yaşadığı müəyyən edilib

Hindistanın Maharaştra əyalətinin Pune şəhərində bələdiyyə qrupları bir mənzildə təxminən 300 sahibsiz pişiyin yaşadığını aşkar ediblər.
Ölkə mətbuatında yer alan xəbərə görə, bina sakinlərinin pis qoxu və qeyri-gigiyenik şəraitdən şikayət etməsindən sonra bələdiyyə qrupları hərəkətə keçib.
Bələdiyyə və polis qrupları tərəfindən aparılan araşdırmada binanın 9-cu mərtəbəsindəki mənzildə 300-ə yaxın sahibsiz pişiyin yaşadığı müəyyən edilib.
Daha sonra mənzil sahibinə 2 gün ərzində pişikləri buraxmaq və ya köçürmək barədə məlumat verilib.
Polis müfəttişi Nileş Jagdal açıqlamasında bildirib ki, mənzil sahibi tez-tez sahibsiz pişikləri evə gətirir və pişiklər sağaldıqdan sonra buraxır. Bu səbəbdən mənzildə çoxlu pişik var və qeyri-gigiyenik şərait yaranıb. Yaranmış vəziyyət qonşuları narahat edib.
Pişiklərin bələdiyyə sığınacaqlarına aparılacağı öyrənilib.