Əfqanıstan Roma Statutunda iştirakdan imtina edib


Əfqanıstanda hakimiyyətdə olan radikal Taliban hərəkatı ölkənin bundan sonra Roma Statutunda iştirakdan imtina edəcəyini və Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını tanımayacağını bəyan edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstan İslam Əmirliyi İslam şəriəti çərçivəsində əfqan xalqının dini və milli dəyərlərini müdafiə edən bir qurum olaraq, Roma Nizamnaməsi və ya onun əsasında yaradılan Beynəlxalq Cinayət Məhkəməsi adlanan qurum qarşısında heç bir öhdəliyi tanımadığını bəyan edib.

Bəyanatda qeyd edilir ki, BCM ədalət və qərəzsizlik prinsiplərinə riayət etmək əvəzinə, həmişə siyasi mülahizələrə uyğun hərəkət edir. "Təşkilat işğalçı qüvvələr və onların müttəfiqləri tərəfindən Əfqanıstanda törədilən hərbi cinayətlərə qarşı heç bir əhəmiyyətli tədbir görməyib", - deyə Taliban bildirib. Sənəddə Əfqanıstanda kəndlərin, təhsil ocaqlarının, məscidlərin və xəstəxanaların dağıdıldığı, dinc əhalinin, o cümlədən qadın və uşaqların öldürüldüyü dövrdə BCM-nin fəaliyyətsizliyinə də işarə edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu