AK Rusiya tankerlərini izləmək üçün peyklərdən və dəniz dronlarından istifadə etməyi təklif edir


Avropa Komissiyası sualtı kabellərin zədələnməsi və dənizdə şübhəli fəaliyyətin müəyyən edilməsi üçün ümumavropa kosmos monitorinqi sisteminin yaradılmasını təklif edir.


AFN.az-ın xəbərinə görə, Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius təşəbbüsü təqdim edərkən bildirib ki, qurumun təklifində habelə Rusiya tankerlərinin monitorinqi üçün dəniz hərbi pilotsuz uçan aparatlarından istifadə etmək yer alıb.

“Kosmik müşahidə, o cümlədən Avropanın “Kopernik” peyk sistemindən istifadə etmək bizə dənizdə şübhəli fəaliyyəti müəyyən etməyə və həm də şübhəli Rusiya tankerlərini izləməyə imkan verəcək. Bu məqsədlər üçün dəniz hərbi və mülki pilotsuz təyyarələr də istifadə edilməlidir”, - deyə o, bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu