Avropa Komissiyası Aİ-nin müdafiə büdcəsini 100 milyard avroya çatdırmaq istəyir


Avropanın yeni müdafiə komissarı Andrius Kubilius deyib ki, Aİ-nin növbəti 7 il üçün müdafiə büdcəsi 100 milyard avroya çatdırılmalıdır.



Eyni zamanda, Litvanın keçmiş baş naziri Ukraynaya maksimum hərbi dəstəyin göstərilməsinə çağırıb. Onun sözlərinə görə, əks halda Kiyevin məğlubiyyətindən sonra Aİ-yə qarşı Rusiyanın təcavüzü ehtimalı arta bilər.

Nəşr qeyd edib ki, Kubiliusun təklif etdiyi müdafiə xərclərinin artırılması Brüssel üçün maliyyə inqilabı olacaq. Hazırda blokun bu məqsədlər üçün xərcləri cəmi 10 milyard avro təşkil edir, ümumi büdcəsi isə 1 trilyon avrodan çoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu