Fransanın Ukraynaya hərbi yardımı ilin sonuna 2 milyard avronu keçə bilər


Fransanın 2024-cü ildə Ukraynaya hərbi yardımı 2 milyard avronu keçəcək. Bununla belə, fevralda Paris və Kiyev arasında imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlıq sazişində nəzərdə tutulan 3 milyard avroya çatmayacaq.



AFN.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu respublika parlamentinin aşağı palatasının müdafiə komissiyasında dinləmələr zamanı deyib.

“2024-cü ilin əvvəlində bu yardımın 3 milyard avroya qədər arta biləcəyinə dair siyasi qərar verildi, reallıqda bu, 2 milyard avronu keçəcək, lakin 3 milyard avroya çatmayacaq”, - deyə o, bildirib.

Nazir əlavə edib ki, Kiyevə dəstəyin artırılması digər məsələlərlə yanaşı, Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi hesabına təmin ediləcək. Sebastyan Lekornun sözlərinə görə, bu, sursat, "Sezar" özüyeriyən artilleriya qurğuları və yanacaq alınmasını maliyyələşdirməyə imkan verəcək.

2022-ci ildə Fransa Ukraynaya 1,7 milyard avro məbləğində yardım göstərib, 2023-cü ildə bu rəqəm 2,1 milyard avro təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu