İngiltərənin yoxsul bölgələrində xərçəngdən ölüm nisbəti 60% daha yüksəkdir


İngiltərədə aparılan bir araşdırma göstərib ki, xərçəngdən ölüm nisbəti ölkənin ən yoxsul bölgələrində yaşayan insanlarda daha varlı bölgələrdə yaşayanlara nisbətən 60 faiz daha yüksəkdir.



"Cancer Research UK" tərəfindən nəşr olunan yeni bir araşdırmada yoxsulluq səbəbindən hər il 28,400 əlavə xərçəng ölümünün baş verdiyi və bunun gündə 78 əlavə ölümə uyğun olduğu qeyd edilib.

Tədqiqat xərçəngdən ölüm nisbətinin ölkənin ən yoxsul bölgələrində yaşayan insanlarda daha varlı bölgələrdə yaşayanlara nisbətən 60 faiz daha yüksək olduğunu bildirib.

Bu ölümlərin demək olar ki, yarısının (47 faiz) ağciyər xərçəngindən qaynaqlandığı və ən yoxsul bölgələrdə bu xərçəng növünə bağlı ölüm nisbətlərinin üç dəfə yüksək olduğu müəyyən edilib.

Böyük Britaniyada xərçəng diaqnozlarının təxminən 10 faizinin birbaşa yoxsulluqla əlaqəli olduğu da vurğulanıb.

Tədqiqat səhiyyə xidmətlərinə çıxışda bərabərsizlikləri də xüsusi olaraq qeyd edib.

İngiltərənin ən yoxsul bölgələrində yaşayan xəstələrin daha varlı bölgələrdəki xəstələrlə müqayisədə təcili müraciətdən sonra 104 gündən çox gözləmə ehtimalının üçdə bir qədər çox olduğunu müəyyən edib.

Tədqiqat həmçinin bu xəstələrin təcili ziyarətlər nəticəsində xərçəng diaqnozu qoyulma ehtimalının 50 faizdən çox olduğuna da diqqət çəkib.

Siqaretin İngiltərədə xərçəngin ən böyük səbəbi olduğunu vurğulayan araşdırma, ölkənin ən yoxsul bölgələrində siqaret çəkmə nisbətlərinin ən varlı bölgələrlə müqayisədə ən az üç dəfə yüksək olduğu qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu