Qabyuyan maşına düşdü: İflicdən millimetr fərqlə qurtardı

Avstraliyada 10 yaşlı Landen Şturman qabyuyan maşına düşüb və biftek bıçağı onun onurğasına sancılıb. Millimetr fərqlə iflicdən xilas olan uşaq tez sağalıb.
Qərbi Avstraliyanın Mandurah şəhərində evdə nahar hazırlayarkən 10 yaşlı Landen Şturman sürüşərək açıq qabyuyan maşının içinə düşüb.
Maşından çıxan biftek bıçağı onurğasına sancılan uşaq təcili olaraq Perth Uşaq Xəstəxanasına (PCH) çatdırılıb.
Xəstəxanada beyin və ortoped cərrahlarının müdaxiləsi ilə bıçaq uşağın bədənindən çıxarılıb. Bıçağın onurğa beyninə çox yaxın bir nöqtəyə dəydiyi, uşağın millimetrik fərq sayəsində iflic olmaqdan xilas olduğu və qalıcı sinir zədələnməsinə səbəb olmadığı ifadə edilib.
Həkimlər bildiriblər ki, bıçaq bir neçə millimetr dərinliyə getsəydi, uşaq ifliç ola bilərdi.
Tez sağalıb məktəbə qayıdan oğlunun səhhətindən çox məmnun olan ana Emma Şturman qəzadan dərs çıxarmaq lazım olduğunu vurğulayıb.