Pakistanda son 44 ilin yağış rekordu - Evləri, əsas yolları və xəstəxanaları su basıb


Pakistanın Lahor şəhərində 3 saatda hər kvadratmetrə 350 millimetr yağıntı düşüb ki, bu da şəhərdə son 44 ilin yağıntı rekordudur.



"Geo News" televiziyasında yayımlanan xəbərə görə, şiddətli yağışlar bütün Lahorda həyata iflic edib.

Lahorda 3 saat ərzində hər kvadratmetrə 350 millimetr yağış düşüb. Bildirilib ki, yağıntılar şəhərdə son 44 ilin rekordu olub. Şəhərin Tacpura ərazisində evləri, əsas yolları və xəstəxanaları su basıb.

Təhlükəsizlik səbəbiylə bir çox bölgədə elektrik enerjisi kəsilib.

Qeyd edək ki, Pakistanda leysan yağışların səbəb olduğu sel və daşqınlar nəticəsində son 48 saatda 35 nəfər həyatını itirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu