Cənubi Koreya əhalinin azalması səbəbindən 49 məktəbi bağlayacaq


Cənubi Koreyada əhalinin sayının azalması səbəbindən əsasən kənd yerlərində olan 49 məktəb ilin sonuna qədər bağlanacaq.



“The Korea Herald” qəzeti yazır ki, Cənubi Koreyada məktəb yaşlı əhalinin azalmasının təsiri davam edir.

Təhsil Nazirliyi müxtəlif bölgələrdə təhsili davam etdirmək üçün kifayət qədər şagird olmadığı üçün 49 məktəbin bağlanacağını açıqlayıb.

Bildirilib ki, ibtidai, orta və ali məktəblər də daxil olmaqla, sözügedən məktəblərin əksəriyyəti kənd yerlərində yerləşir.

2023-cü ildə ölkədə bağlanan məktəblərin sayı 22 olduğu halda, 2024-cü ildə bu rəqəm 33 olaraq qeydə alınıb.

Cənubi Koreya 2017-ci ildə "qocalmış cəmiyyət" kateqoriyasına düşüb, çünki 65 və yuxarı yaşda olan insanlar əhalinin 14 faizini təşkil edib.

2023-cü ildə 0,72 ilə doğum nisbətinin ən aşağı olduğu ölkələr sırasında olan Cənubi Koreyada sosial-iqtisadi səbəblərə görə doğum nisbətləri azalmaqdadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu