Kolumbiyada hərbi avtomobil uçuruma yuvarlanıb: 9 nəfər ölüb, 20 nəfər yaralanıb

Kolumbiyada hərbi maşının uçuruma yuvarlanması nəticəsində 9 əsgər ölüb, 20 əsgər yaralanıb.
Narino inzibati bölgəsindəki Barbacoas şəhərinin La Kolumpia bölgəsində hərbi maşın 100 metrlik uçuruma yuvarlanıb.
Qəzada 9 əsgər həyatını itirib, 20 əsgər isə yaralanıb.
Ordu komandanı general Luis Emilio Cardozo Santamaria mülki müdafiəyə dəstək və köməyə görə təşəkkür edib və qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlanıldığını açıqlayıb.
Kolumbiya prezidenti Qustavo Petro da sosial media hesabından qəzada həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verib.