Hindistanda filin hücumu nəticəsində 5 nəfər ölüb

Hindistanın Andhra Pradeş ştatında filin hücumu nəticəsində 5 nəfərin öldüyü bildirilir.
"Hindustan Times" qəzetinin məlumatına görə, səlahiyyətlilər ştatda keçirilən "Maha Şivaratri" festivalına gedən qrupa meşədə fil sürüsü tərəfindən hücum edildiyini açıqlayıb.
Qeyd edilib ki, fillərin altında qalan 5 nəfər hadisə yerində ölüb, yaralılar isə xəstəxanaya aparılıb.
Səlahiyyətlilər yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.