Ursula Von der Leyen: Ukrayna 2030-cu ildən əvvəl Aİ-yə üzv ola bilər

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Von der Leyen Ukraynanın 2030-cu ilə qədər Birliyə üzv olması üçün yaşıl işıq yandırıb.
"Politico"nun məlumatına görə, paytaxt Kiyevdə olan Von der Leyen Ukraynanın AB-yə üzvlük prosesi ilə bağlı açıqlamalar verib.
Von der Leyen Ukraynanın üzvlük istiqamətindəki irəliləyişini təqdir edərək, "Göstərilən siyasi iradəni həqiqətən yüksək qiymətləndirirəm. Hətta deyərdim ki, Ukraynanın ləyaqətə əsaslanan prosesi bu tempdə və keyfiyyətlə davam edərsə, 2030-cu ildən əvvəl baş verə bilər" qeyd edib.
Xatırladaq ki, Ukrayna Rusiyanın hücumundan dörd gün sonra, 28 fevral 2022-ci ildə Aİ-yə üzvlük üçün müraciət edib və 23 iyun 2022-ci ildə namizəd statusunu alıb.
2023-cü il dekabrın 23-də Aİ-nin zirvə toplantısında üzvlük danışıqlarına başlamaq qərarı verilsə də, Macarıstanın vetosunu uzun müddət aşmaq mümkün olmayıb.
25 iyun 2024-cü ildə danışıqların rəsmi başlaması ilə Aİ müraciət tarixindən 2,5 il keçdikdən sonra ilk dəfə bir ölkə ilə danışıqlara başlamaq qərarına gəlib və eyni zamanda ilk dəfə idi ki, əslində müharibə vəziyyətində olan bir ölkə ilə danışıqlar masasına oturub.