Ukraynada bütün tərəflər üçün məqbul olan sülhməramlı kontingent yerləşdirilməlidir - Tramp

Ukraynada sülhməramlıların yerləşdirilməsinə ehtiyac var. Bütün tərəflər üçün məqbul olan sülhməramlı kontingent yerləşdirilməlidir.
AFN.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. Onun sözlərini Ağ Evin mətbuat xidməti yayıb.
“Bizə sülhməramlılar da lazımdır. Hər kəs üçün məqbul olacaq sülhməramlı qüvvə forması olmalıdır", - deyə Tramp əlavə edib.