Tailandda tur avtobusu qəzaya uğrayıb: 18 nəfər həlak olub


Tailandda turist avtobusunun qəzaya uğraması nəticəsində azı 18 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb.


AFN.az xəbər verir ki, bu barədə yerli “Thairath” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, qəza krallığın şərq hissəsində, Banqkokdan 120 km aralıda yerləşən Praçinburi əyalətində baş verib. Hadisə 200 nəfərlik tur qrupu üç avtobusda daşınarkən baş verib, sonuncu avtobus idarəetməni itirib, beton maneəni yıxıb və sonra aşıb. Avtomobildə 47 sərnişin və 2 sürücü olub. Avtobusun şimal-şərqdəki Byungkan əyalətindən Rayonq kurort əyalətinə getdiyi məlum olub.

Yerli hakimiyyət orqanları 20-yə yaxın yaralının xəstəxanaya aparıldığını bildirib. Xilasedicilər itkin düşənlərin qalan hissəsini axtarır. Polis bu qəza ilə bağlı araşdırmalara başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu