Honduras prezidenti Kastronun helikopteri təcili eniş edib


Honduras prezidenti Xiomara Kastronu daşıyan helikopter əlverişsiz hava şəraiti səbəbindən məcburi eniş edib.



Helikopter San Pedro Suladan Tequsiqalpaya gedərkən əlverişsiz hava şəraiti səbəbindən Kortes bölgəsinin Santa Kruz de Yojoa qəsəbəsinə təcili eniş etmək məcburiyyətində qalıb.

Səlahiyyətlilər bildiriblər ki, prezident Kastro hadisədən sağ-salamat xilas olub.

"Biz San Pedrodan Tequsiqalpaya gəlirdik, lakin hava şəraitinə görə davam edə və geri qayıda bilmədik. Ona görə də təcili eniş etməli olduq. Hamımız çox yaxşıyıq, marağınıza görə təşəkkür edirik", - Kastro jurnalistlərə deyib.

Honduras Xarici İşlər Naziri Eduardo Enrique Reina da sosial media hesabından açıqlama verərək, "Prezident və onu müşayiət edənlər iş səfəri zamanı getdikləri helikopterin pis hava şəraiti səbəbindən ölkənin şimalındakı Santa Cruz de Yojoa şəhərinə təcili eniş etməsindən sonra səfərlərinə təhlükəsiz şəkildə davam etdilər" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu