Ağ Ev: Pentaqonda dəyişiklik vaxtıdır


Ağ Evin sözçüsü Karoline Leavitt Prezident Donald Trampın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braunu vəzifəsindən azad etmək qərarını müdafiə edib.



Ağ Evin sözçüsü Leavitt mətbuat brifinqində Trampın Baş Qərargah rəisi Braunu vəzifəsindən azad etməsini dəyərləndirib.

Leavitt Trampın istədiyi hərbçini vəzifədən uzaqlaşdırmaq və onun yerinə başqasını təyin etmək hüququna malik olduğunu vurğulayıb.

"Pentaqonda dəyişiklik etməyin vaxtıdır. Onlar ard-arda 7 yoxlamada uğursuzluğa düçar olublar. ABŞ ordusuna inam aşağı səviyyədədir" deyən Leavitt, Trump və müdafiə naziri Pete Heqsetin Pentaqondakı yüksək rütbəli komandada dəyişikliklər etməyə davam edəcəyi mesajını verib.

Qeyd edək ki, ABŞ prezidenti Tramp bu yaxınlarda Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Braunu vəzifəsindən azad edib və onun yerinə Hərbi Hava Qüvvələrindən general-leytenant rütbəsi ilə təqaüdə çıxan Den Keyni namizəd göstərib.

Braun ABŞ tarixində Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsini icra edən ikinci qaradərili amerikalı kimi qeydə alınıb.

Keyn son olaraq Mərkəzi Kəşfiyyat İdarəsində hərbi məsələlər üzrə direktor müavini vəzifəsində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu