Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımı ilə bağlı paylaşım edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar müraciət edib.



Bu barədə Türkiyə Prezidenti X sosial şəbəkəsində paylaşım edib.

Müraciətdə “Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı Soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaş və bacılarımızı ehtiramla yad edirəm. Yaxşısında da, pisində də bir yerdə olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm” sözləri qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu