Bakıda 8 dərəcəyədək şaxta olacaq

Ölkə ərazisində şaxtalı hava şəraiti olacaq.
AFN.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında əksini tapıb.
Havanın minimal temperaturunun Bakıda və Abşeron yarımadasında martın 1-dən 2-nə keçən gecə 5-8, Aran rayonlarında 3-8, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 19-24 dərəcə şaxta olacağı gözlənilir.
Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar ölkə ərazisində bəzi yollar buz bağlayacaq.