Britaniyanın baş naziri Trampa Aİ-nin Ukraynaya yardımı ilə bağlı cavab verib

Böyük Britaniyanın baş naziri Keir Starmer Ukraynaya yardım edən Avropa ölkələrinin “pullarını geri alacaqlarını” söyləyən ABŞ prezidenti Donald Trampa cavab verib.
AFN.az "NBC News"a istinadən xəbər verir ki, Starmer yardımı geri almadıqlarını deyib. "Yardımımızın çox hissəsi bağışlandı" - deyə baş nazir bildirib.
Tramp Ukraynanı Avropa ölkələrindən hərbi yardımı kredit şəklində qəbul etdiyinə görə tənqid etmişdi. Lakin Starmerin də bildirdiyi kimi, Avropa Birliyi ölkələrindən verilən yardımın çoxu kreditlər deyil, qrant və ya natura şəklində gəlib.