Mask Vensin gələcəkdə ABŞ prezidenti olacağını düşünür


İlon Mask ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin gələcəkdə dövlət başçısı olacağını düşünür.


AFN.az xəbər verir ki, bu haqda o özünün X hesabında yazıb. "Ən yaxşı vitse-prezident və gələcək prezidentimiz", - deyə Mask Vens haqqında paylaşım edib.

NBC telekanalı məlumat verib ki, ABŞ prezidenti Donald Trampın bir neçə tərəfdarı siyasətçinin daha bir müddətə seçilə bilməsi üçün konstitusiyaya dəyişiklik edilməsi imkanlarını araşdırır. Konstitusiyaya 1951-ci ildə qəbul edilmiş 22-ci əlavəyə əsasən, eyni şəxs iki dəfədən çox dövlət başçısı seçilə bilməz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu