BMT Ukraynanın regionlarına yardımı dayandırıb

Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın maliyyə vəsaitlərinin kəsilməsi fonunda Ukraynanın mühüm regionlarına nağd yardım proqramlarını dayandırıb.
AFN.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin rəsmi bəyanatında deyilir.
"Ukraynada 2024-cü ildə 1 milyon insana çatacaq humanitar yardımın əsas elementi olan nağd pul proqramları əsas regionlarda dayandırılıb", - deyə sənəddə qeyd edilir.
Quterreş ABŞ-ın maliyyələşdirməsinin azaldılmasından narahat olduğunu bildirib.