HƏMAS Qəzza razılaşmasının ikinci mərhələsi üzrə danışıqlara dərhal başlanmasını tələb edib


HƏMAS hərəkatı İsrail tərəfinin Qəzza zolağında martın 1-də başa çatacaq atəşkəs razılaşmasının birinci mərhələsinin uzadılması təklifləri ilə razılaşmır.


AFN.az xəbər verir ki, bu barədə Misirin “Əl-Ghad” telekanalı məlumat yayıb. Telekanalın mənbələri bildirib ki, HƏMAS sövdələşmənin ikinci mərhələsi üzrə danışıqlara dərhal başlamaqda israr edir.

Bundan əvvəl hərəkat Qəzza zolağında atəşkəs razılaşmalarının icrasını davam etdirməyə hazır olduğunu rəsmən bəyan edib və beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərərək onu dərhal razılaşmanın ikinci mərhələsinə keçməyə inandırmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu