Vatikan Papanın sağlamlıq vəziyyəti ilə bağlı məlumat paylaşdı


Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin səhhətinin bu gün stabil olduğu və gecəni rahat keçirdiyi bildirilib.



Vatikanın rəsmi nəşrlərindən olan "Vatican News" saytının məlumatına görə, fevral ayının əvvəlində keçirdiyi ağır bronxit səbəbiylə 18 gündür Romadakı Gemelli xəstəxanasında müalicə alan və ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı məlumat verilib.

Məlumatda Papanın səhhətinin bu gün stabil olduğu və gecələr rahat yatdığı bildirilib.

Papanın son günlər istifadə etdiyi mexaniki ventilyasiyaya ehtiyac olmadığı, lakin uzun müddət yüksək axınlı oksigen terapiyası almağa davam etdiyi və qızdırmasının olmadığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu