Avstraliyada təyyarəkabinədə tüstü aşkar edildikdən sonra təcili eniş edib

Avstraliyanın "Qantas" aviaşirkətinə məxsus təyyarə pilot kabinəsində tüstü aşkar edildikdən sonra Sidney hava limanına təcili eniş edib.
"ABC News" xəbər verir ki, QF643 saylı Sidney-Perth reysi ilə Sidney hava limanından havaya qalxdıqdan qısa müddət sonra kabinədə tüstü aşkarlandığı üçün yerə enmək məcburiyyətində qalıb.
"Qantas" sözçüsü verdiyi açıqlamada şirkətin işin pozulmasına görə üzr istədiyini söyləyib.
Sözçü pilotların belə vəziyyətlərin öhdəsindən gəlmək üçün təlim keçdiyini və müvafiq prosedurlara əməl edildikdən sonra təyyarənin təhlükəsiz eniş etdiyini bildirib.
Şirkət məsələ ilə bağlı araşdırma aparılacağını da açıqlayıb.