Moskvada sinaqoq və metroda planlaşdırılan terror aktının qarşısı alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) paytaxt Moskvada sinaqoq və metro stansiyasında törədilməsi planlaşdırılan terror aktının qarşısının alındığını açıqlayıb.
FSB-nin mətbuat xidməti bildirib ki, Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının üzvü olan Orta Asiya əsilli Rusiya vətəndaşının terror fəaliyyətinin qarşısı alınıb.
Sözügedən şəxsin Moskvada sinaqoq və metro stansiyasında terror aktı törətməyi planlaşdırdığı bildirilib.
Açıqlamada bildirilib ki, həmin şəxsin yaşadığı evdə aparılan axtarış zamanı silah və partlayıcı qurğuların istehsalında istifadə olunan kimyəvi materiallar aşkar edilib.